Pompeo: “Oman dənizində neft daşıyan iki gəmiyə hücuma görə İran məsuliyyət daşımalıdır”

Pompeo: “Oman dənizində neft daşıyan iki gəmiyə hücuma görə İran məsuliyyət daşımalıdır”

GünazTV: Amerikanın dövlət katibi Mayk Pompeo iyunun 13-də jurnalistlərə açıqlamasında Oman dənizində Yaponiyaya məxsus neft daşıyan iki gəmiyə bombalı hücumun arxasında İranın durduğunu bəyan edib.

 

Pompeo bildirib ki, Amerika İran təhdidləri qarşısında regional müttəfiqlərini qoruyacaq və həmişə onların yanında olacaq: “Amerika Bİrləşmiş Ştatları hökumətinin ilkin dəyərləndirmələrinə görə, bu gün Oman dənizində bu iki gəmiyə edilən hücumların arxasında birbaşa İran durur. Bu hücumlarda istifadə edilən silahlar, bu kimi hücumların həyata keçirilməsi üçün yüksək təcrübənin lazım olması, eləcə də regionda hər hansı bir təmsilçi qrupun bu mürəkkəb əməliyyatı həyata keçirməyə gücü və bacarığı olmaması bunu deməyə əsas verir.

 

İran İslam Respublikası hakimiyyəti, Yaponiyanın baş naziri Tehranda İranın dini lideri ilə görüşdüyü bir vaxtda İranın su sərhədlərindən kənarda Yaponiyanın neft daşıyan iki gəmisinə hücum etməklə bu ölkəni (Yaponiyanı) təhqir edib” –deyə Mayk Pompeo vurğulayıb.  

 

 

Rəsmi Tehran Oman dənizində iki gəmiyə qarşı hücumları “şübhəli” adlandıraraq, həmin hücumlarda əli olduğunu təkzib edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN