Pompeo: “Orta Şərqdə baş verən etirazların ortaq cəhəti İrana qarşı çıxmaqdır”

Pompeo: “Orta Şərqdə baş verən etirazların ortaq cəhəti İrana qarşı çıxmaqdır”

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 2-də Kentuki əyalətinin Luisvill Universitetində çıxış edərək son aylar Orta Şərq regionunun bəzi ölkələrində baş verən kütləvi etirazların İrana qarşı yönələn ortaq cəhətindən danışıb.

 

İraqda, Livanda və İranın özündə cərəyan edən etirazlara toxunan Pompeo deyib ki, bu etirazların ortaq cəhəti onların İran rejiminin regiona nüfuzuna qarşı çıxmasıdır: “Bu etirazlar müxtəlif daxili səbəblərə görə keçirilir. Lakin İran rejiminə qarşı qəzəb onların ortaq cəhəti sayılır.

 

İraqda baş nazir Adil Əbdülmehdi istefa verməyə məcbur edildi. Çünki İraqın təhlükəsizlik qüvvələri azadlıq istəyən xalqa atəş açıb yüzlərlə insanı qətlə yetirdi. Bu qırğınlar isə daha çox İranın İraqdakı nüfuzuna görə baş verdi.

 

Livanda isə küçələrə axışıb etirazlara qatılanlar “Hizbullah”ın və İranın ölkədən qovulmasını tələb edirlər. Onlar repressiv qüvvə sayılan bu iki ünsürün öz siyasi sistemlərindən qovulmasını istəyirlər.

 

İranın daxilində baş verən etirazlar da onu göstərir ki, iranlılar artıq öz hakimiyyətlərindən  beziblər. Çünki etirazçı xalq hakim dini rejimin oğru başçılarının oğurluqla məşğul olduğunu, “ayətullah”ların isə xalqa məxsus olan milyonlarla dolları oğurladığını görür və buna öz etirazını bildirir” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

Qeyd edək ki, İran İslam Respublikasının son qırx ildə İraqda və Livanda radikal şiə terror qruplaşmalarına milyardlarla dollar yardım etməsinə baxmayaraq, son həftələrdə İraqda və Livanda İranın əleyhinə çıxan və onun həmin ölkələrdəki siyasi nüfuzuna son qoyulmasını tələb edən bu ölkələrin məhz şiələridir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN