Pompeo: “Rəsmi Tehranın diplomatiyaya üz tutması İran milləti üçün ən yaxşı yoldur”

Pompeo: “Rəsmi Tehranın diplomatiyaya üz tutması İran milləti üçün ən yaxşı yoldur”

GünazTV: Amerikanın dövlət katibi Mayk Pompeo iyulun 17-də jurnalistlərə açıqlamasında Tehranla Vaşinqton arasında yaşanan çaxnaşmadan və iki ölkə arasındakı ixtilafların diplomatik yollarla həllinin vacibliyindən danışıb.

 

Pompeo deyib ki, Amerika İranla müharibə tərəfdarı deyil: “Əgər İran hökuməti müharibə istəsə, biz savaşın qarşısını almaq üçün bir iş görə bilməyəcəyik. Lakin hesab edirik ki, rəsmi Tehranın diplomatiyaya üz tutması İran milləti üçün ən yaxşı yoldur. Ümid edirik ki, İran hökuməti ölkələrimiz arasındakı ixtilafların həlli üçün diplomatiya yolunu seçəcək. Biz isə İran hökumətinə demək istəyirik ki, onun açıq-aşkar gördüyü işlər və atdığı addımlar İran millətinin istəklərinə ziddir və onunla üst-üstə düşmür.

 

Hesab edirik ki, terrorizmin ən mühüm himayədarı olan İran hökumətinin öz ballistik raketlərini inkişaf etdirilməsinin və onun nüvə silahlarının istehsalı istiqamətində hərəkət etməsinin qarşısı alınmalıdır. Bu isə bizim və Amerika prezidentinin hədəfidir” –deyə ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN