Pompeo: “Xamneyi hər şeydən çox, azad seçkilərdən qorxur”

Pompeo: “Xamneyi hər şeydən çox, azad seçkilərdən qorxur”

GünazTV: Amerikanın dövlət katibi Mayk Pompeo “Twitter” səhifəsində yaydığı bir yazıda İranda keçirilən parlament seçkilərindən və “dini lider” Əli Xamneyinin azad seçkilərdən vahiməyə düşməsindən danışıb.

 

Seçkilərdə 7 mindən çox insanın deputatlığa namizədliyinin qeydə alınmamasına toxunan Pompeo deyib ki, iranlıların azad seçki hüququndan məhrum edilməsinə görə Xamneyi məsuliyyət daşımalıdır: “Görəsən cümə günü keçiriləcək seçkilərdə, Xamneyi 7 mindən çox iranlının deputatlığa namizədliyini irəli sürməsi hüququnu niyə tapdalayıb. Bunun isə cavabı aydındır. Çünki islam respublikasının rəhbəri Əli Xamneyi hər şeydən artıq, azad seçkilərdən qorxur, vahiməyə düşür.

 

Məhz bunları nəzərə alaraq, bu gün Amerika Birləşmiş Ştatları iranlıları azad və ədalətli seçki hüquqlarından məhrum edən şəxslərə (Konstitusiyaya Nəzarət Şurasının 5 üzvü -red) sanksiya qoydu” -deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter”də yaydığı bir yazısında bəyan edib.

 

ABŞ Dövlət Departamenti fevralın 21-də bəyanat yayaraq, İranda seçki saxtakarlığına rəhbərlik edərək, ölkədə azad seçkilərin keçirilməsinə mane olan  Konstitusiyaya Nəzarət Şurasının üzvlərinə sanksiya qoyduğunu açıqlayıb.  

 

ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk jurnalistlərə açıqlamasında bildirib ki, Konstitusiyaya Nəzarət Şurasının 92 yaşlı rəhbəri axund Əhməd Cənnəti, həmin şuranın sözçüsü Abbasəli Kədxudai, şura fəqihlərinin üzvü, axund Məhəmməd Yəzdi və şuranın hüquqşünas üzvləri Siyamək Rəhpeyk və Məhəmməd Həsən Sadiqi Müqəddəm, Amerika hökumətinin barəsində sanksiya qoyduğu şəxslər siyahısına salınıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN