Putin: "İranın nüvə və raket proqramları barədə ayrı-ayrı müzakirələr aparmaq lazımdır"

Putin:

GünAz TV: Rusiya prezidenti Vladimir Putin İranın nüvə və raket proqramları ətrafında ayrı-ayrı müzakirələr aparmağın lazım olduğunu deyib.

 

O, Səudiyyə Ərəbistanına səfər etməmişdən öncə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İranla raket proqramı ətrafında müzakirə aparmaq mümkündür.

 

"Raket proqramı ilə bağlı İranla müzakirə aparılmalıdır. Lakin nüvə və raket proqramlarının ayrı-ayrı mövzular olduğu diqqətə alınmalıdır", - deyə Rusiya prezidenti əlavə edib.

 

Putin İranın raket proqramı ətrafında müzakirələrin başladılması ilə, İranı bu proqramı dayandırmasının mümkün olduğunu vurğulayıb. 

 

Putin rəsmi Moskvanın Tehran və ərəb ölkələri ilə yaxşı əlaqələri olduğunu və Rusiyanın buna görə də, Yaxın Şərq regionunda mühüm rol oynaya biləcəyini qeyd edib.

 

Putinin müsahibəsinin bir neçə saat əvvəl media orqanlarında dərc edilməsi ilə bir vaxtda Pakistanın baş naziri İmran Xan İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilik missiyasını yerinə yetirmək üçün Tehrana daxil olmuşdu.

 

Qeyd etmək lazımdı ki, İranın Birləşmiş Ərəb Əmirlikləri yaxınlığında və Omman dənizində Ərəbistanın da gəmiləri daxil olmaqla, bir neçə gəmiyə qarşı hücum həyata keçirməsi Tehranla Ər-Riyadın münasibətlərində daha da soyuqluq yaradıb. Bir neçə gün öncə isə Ərəbistanın neft təsisatlarına qarşı İranın həyata keçirdiyi hücum tərəflər arasındakı ziddiyyəti daha da dərinləşdirib. Pakistan iki ölkə arasında vasitəçilik missiyasını öz üzərinə götürüb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN