Putin Konstitusiya ilə bağlı referendum keçirilməsini təklif edib

Putin Konstitusiya ilə bağlı referendum keçirilməsini təklif edib

Rusiya Prezidenti Vladimir Putin rusiyalıları onun ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı təkliflərinə səs verməyə çağırıb.

 

"Report" RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Federal Məclisə mesajında bildirib.

 

Onun sözlərinə görə, Konstitusiyada vahid dövlət hakimiyyəti sisteminin prinsiplərini möhkəmləndirmək, Rusiya Konstitusiya Məhkəməsinin rolunu gücləndirmək və ona prezidentin sorğusu əsasında qanun layihələrinin və digər sənədlərin Konstitusiyaya uyğunluğunu yoxlamaq hüququ vermək lazımdır.

 

Rusiya dövlət başçısı həmçinin qeyd edib ki, Rusiyada vacib vəzifələr tutan şəxslərin, o cümlədən baş nazir, nazirlər və qubernatorların xarici vətəndaşlığı və yaşayış icazəsi olmaması vacibdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN