Putin Ukrayna dənizçilərinin ələ keçirilməsi insidenti ilə bağlı ilk açıqlama verib

Putin Ukrayna dənizçilərinin ələ keçirilməsi insidenti ilə bağlı ilk açıqlama verib

GünAz TV: Rusiya prezidenti Vladimir Putin Rusiya gəmilərinin ukraynalı dənizçiləri ələ keçirməsindən 3 gün sonra hadisəni “mart ayında Ukraynada keçiriləcək prezident seçkiləri ərəfəsində hökümət və prezident tərəfindən təşkil olunmuş təxribat” adlandırıb.

 

Putin bu haqda VTB Kapital “Rusiya çağırır!” forumunda çıxışı zamanı danışıb.

 

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya hərbçilərinin Ukrayna gəmilərini ələ keçirməsini “birbaşa təcavüz” adlandırıb.

 

Putin həmçinin Ukraynada hərbi vəziyyətin ölkənin şərqində münaqişənin davam etdiyi müddətdə tətbiq olunmadığını, ancaq "kiçik insidentdən" sonra tətbiq edildiyini vurğulayıb.

 

Simferopolda Rusiyanın idarəçiliyində olan məhkəmə noyabrın 28-i ukraynalı dənizçilərlə bağlı ölçülər götürməyə davam edir. Rusiya höküməti onları Rusiyanın dövlət sərhədini pozmaqda ittiham edir. (Amerikanın səsi)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN