Putin yenidən Rusiya prezidenti seçildi

Putin yenidən Rusiya prezidenti seçildi

GünAz TV: Rusiyanın hazırki prezidenti Vladimir Putin ölkədə keçirilən prezident seçkilərində liderlik edir.

 

Səslərin 35% hesablanmasından sonra, Putin seçicilərin 73,73% səslərini toplayıb.

 

Səsvermə bazar günü yerli vaxtla saat 08:00-dan 20:00-dək davam edib. Ümumilikdə 97 mindən artıq seçki məntəqəsi fəaliyət göstərib, onlardan 400-dən artığı xaric yerləşib. Rusiya prezident seçkilərində 8 namizəd iştirak edib.

 

Azərbaycan prezidenti İlham Əliyev, Çin lideri Si Çzinpin, Venesuela prezidenti Nikolas Maduro, Serbiya prezidenti Aleksandr Vuçiç, Ermənistan prezidenti Serj Sarkisyan, Qazaxıstan lideri Nursultan Nazarbayev və Kuba lideri Raul Kastro Putini qələbə münasibətilə təbrik edib.

Qərb liderləri isə hələ ki, Putini təbrik etməyə tələsmirlər. 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN