“Putinlə Türkiyə-Rusiya-Azərbaycan üçlük ittifaqının yardılmasını müzakirə etdik” - Ərdoğan

 “Putinlə Türkiyə-Rusiya-Azərbaycan üçlük ittifaqının yardılmasını müzakirə etdik” - Ərdoğan

GünAz TV: Türkiyə-Rusiya-Azərbaycan üçlük ittifaqının yaradılmasını müzakirə etdik.

 

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə martın 10-da birgə keçirdiyi mətbuat konfransında bildirib.

 

Ərdoğan Rusiya-Turkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını geniş müzakirə etdiklərini söyləyib.

 

"Görüşlərdə Qara dəniz iqtisadi işbirliyi mövzusu üzərində, xüsusi ilə Azərbaycan-Rusiya-Türkiyə üçlü işbirliyi mexanizmləri üzərində həssaslıqla dayandıq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə də fikir mübadiləsi apardıq. Buradakı problemləri aşmaq nöqtəsində təbii ki, Rusiyanın üzərindəki yükün ağırlığını bildiririk", deyə Ərdoğan bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN