Puya Bəxtiyarinin nənəsi: “Nəvəmi öldürdünüz, heç olmasa ailəmi azad edin!”- VİDEO

Puya Bəxtiyarinin nənəsi: “Nəvəmi öldürdünüz, heç olmasa ailəmi azad edin!”- VİDEO

GünAz TV: Noyabr ayında keçirilmiş etirazlar zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən başından güllələnərək qətlə yetirilən Puya Bəxtiyarinin nənəsi ürəkdağlayan çıxış edib.

 

 

O, ötən gün yaydığı videoda ETTELAAT Nazirliyi tərəfindən evlərinə vəhşicəsinə təşkil edilmiş hücum nəticəsində həbs edilən ailə üzvlərinin dərhal azad edilməsini istəyib. Puya Bəxtiyarinin nənəsi həmçinin qeyd edib ki, nəvəsinin 40 mərasimini keçirəcəklər.

 

 

 

“Xalq, mənim nəvəmi öldürdülər. Mənim Puyamı qətlə yetirdilər. Sabah (bu gün-red.) onun 40 mərasimidir. Oğullarımı, gəlinimi və nəvəmi tutublar. Sabah Puyanın 40-dır, amma ailəmin harda olduğundan xəbərim yoxdur. Mən nə edim? Dərdimi kimə danışım? Ölürəm. Məgər bu, İslam Respublikasıdır?”, - deyə mərhumun nənəsi insanlara müraciətində vurğulayıb.

 

 

 

 

Mərhumun nənəsi sonda bir daha qeyd edib ki, Puyanın 40 mərasimini təşkil edəcək.

 

 

 

Xatırladaq ki, Benzinin qiymətinin artırılmasına qarşı keçirilən xalq etirazları zamanı təhlükəsizlik qüvvələri tərəfindən başından güllələnərək qətlə yetirilən 27 yaşlı Puyanın ailəsi dekabrın 26-da, övladlarının 40-da Kərəcin Səkinə qəbirsanlığında mərasim keçirməyə hazırlaşırdı.

 

 

 

Lakin bir neçə gün əvvəl ETTELAAT Nazirliyi onları çağıraraq, 40 mərasimini qapalı və kiçik məkanda keçirməyi tələb etmişdi. Puyanın atası Mənüçöhr Bəxtiyari bu tələblə razılaşmamışdı. Bundan sonra ETTELAAT onların evlərinə hücum çəkərək, Puyanın valideynlərini və qohumlarını həbs edib, naməlum istiqamətə aparıb. Onların harda və hansı şəraitdə saxlandıqları barədə məlumat yoxudur. ETTELAAT-ın saxladıqları arasında Puyanın 11 yaşlı əmisi oğlu da var.

 

 

 

Digər tərəfdən, Mənüçöhr Bəxtiyari İran- İraq müharibəsi iştirakçısıdır. O, ötən ay xarici media orqanlarına verdiyi müsahibədə "5 il cəbhədə döyüşdüyünü, dövlətin isə mükafat olaraq bunun əvəzində oğlunun beynini yerə tökdüyünü" demişdi.

 

 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN