Pxenyan Amerikaya rədd cavabı verdi

Pxenyan Amerikaya rədd cavabı verdi

GünAz TV: “Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən nüvə təhlükəsi və düşmənçilik qaldığı müddətdə Koreya Xalq Demokratik Respublikası Koreya yarımadasının nüvəzisləşdirilməsi məsələsini müzakirə etməyəcək”.

 

Publika.az xəbər verir ki, bu haqda Koreya Mərkəzi Teleqraf Agentliyi (STAK) ölkə hökumətinin bəyanatına istinadən yazıb.

 

Bəyanatda bildirilir ki, ABŞ tərəfindən nüvə təhlükəsi qaldığı müddətdə Pxenyan dövlətin nüvə gücünün artırılması yolundan dönməyəcək.

 

Xatırladaq ki, Şimali Koreya iyulun 29-da ikinci qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib. “Xvason-14” tipli raket 47 dəqiqə 12 saniyə ərzində 998 km məsafəni qət edib. Uçüş trayektoriyasının maksimum hündürlüyü 3 min 724,9 km təşkil edib.

 

Bu arada Rusiya KXDR-i raket və nüvə proqramlarını dondurmağa və nüvə silahının yayılmaması rejiminə sadiq qalmağa çağırıb.

 

Bu barədə Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vasili Nebenza bildirib.

 

"Şimali Koreya ərazisindən xəbərdarlıqsız buraxılan ballistik raketlər bölgədəki dəniz və aviasiya daşımalarına, habelə sadə vətəndaşların həyatına ciddi təhlükə yaradır. Şimali Koreya hökumətini qadağan olunmuş proqramları dondurmağa, nüvə silahının yayılmaması rejiminə, kimyəvi silahın qadağan olunması konvensiyasına qoşulmağa, habelə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətinə keçməyə çağırırıq”, deyə Nebenza BMT TŞ-nın iclasında bildirib.

 

Bundan əvvəl BMT TŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirən qətnamə qəbul edib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN