Qadın haqları fəalı Aliyə Mütəllibzadə 3 il həbsə məhkum edilib

Qadın haqları fəalı Aliyə Mütəllibzadə 3 il həbsə məhkum edilib

GünAz TV: İranlı rejissor Sədra Abdullahi həyat yoldaşı, Mətbuat Azadlığının Müdafiəsi Assosiasiyasının müdir müavini və qadın haqları fəalı Aliyə Mütəllibzadənin 3 il həbs cəzasına məhkum edilməsini bəyan edib.

 

Onun sözlərinə görə, xanım Mütəllibzadənin məhkəmənin qərarından verdiyi kassasiya şikayəti təmin edilməyib. 36 saylı apelyasiya məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Hökm icra edilmək üçün Evin zindanına təqdim edilib.

 

Xatırladaq ki, Aliyə Mütəllibzadəyə qarşı ötən il keçirilmiş ilkin məhkəmə icrasında “dövlət əleyhinə qruplaşma yaratma, sövdələşmə və təbliğat” ittihamı ilə 3 həbsə məhkum edilmişdi.

 

Hökmə əsasən, Aliyə Mütəllibzadə 5 gün ərzində hökmün icrası üçün müvafiq ədliyyə orqanına gəlməlidir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN