
GünAz TV: Mazandaran polis rəisinin müavini Həsən Müxəffimi Şəhristani Əlbürz səddində qayıqda gəzərkən şəkilləri yayılmış şəxslərdən 3-nün həbs edildiyini deyib.
O, tutulanlara məxsus 1 dörd təkərli motosiklet və 2 qayığın da müsadirə edildiyini bildirib. Polis rəisinin müavini həmçinin “cinayət işi” ilə əlaqəli digər 2 nəfərin şəxsiyyətinin müəyyən edildiyi və axtarışa verildiyini deyib.
Qeyd etmək lazımdır ki, bir neçə gün öncə sosial şəbəkələrdə Əlbürz səddində 2 oğlanla 2 qızın qayıqda gəzdiyini əks etdirən fotolar yayılmışdı.
İran rejimi isə bu formada geyimi “qeyri-etik” adlandırır və insanların əyləncə imkanlarını məhdudlaşdırır.
Buna görə də, tutulan qadın və kişiləri qarşıda ağır cəza gözləyir.
Ə.A