Qalibaf: “Prezident seçilsəm, hökumətim işsizlərin hər birinə hər ay 250 min tümən maddi yardım göstərəcək”

2017-04-25 10:27

GünAzTV: İranda prezidentliyə namizəd, Tehranın meri Məhəmmədbağır Qalibaf aprelin 24-də jurnalistlərə açıqlamasında prezident seçiləcəyi təqdirdə hökumətinin işsizlərlə bağlı yürüdəcəyi siyasətindən danışıb.

 

Qalibaf bildirib ki, əgər o seçkilərdə qalib gəlsə, onun hökuməti işsizlərin ağır durumu ilə maraqlanacaq, onların işlə təmin olunmasına yardım edəcək: “Bu qədər təbii mənbələri və sərvəti olan, ən yaxşı istedadlara və bu qədər yaradıcı gənc işçi qüvvəsi olan bir ölkədə iqtisadi durğunluğun mövcud olması və işsizliyin geniş vüsət alması təəssüfləndiricidir. Biz, zəngin bir ölkə olduğumuz halda əhalimiz yoxsul və kasıbdır. Bu isə ölkədə köhnə idarəçilik sisteminin olmasına və bu barədəki səriştəsizliyə görədir.

 

Mən seçkilərdə qalib gəlsəm, hökumətimin iqtisadi proqramlarından biri, ölkədə işsizliyə qarşı mübarizə və ən azı 5 milyon işsizin işlə təmin olunmasına şərait yaratması olacaq. Mən, prezident seçilsəm, 18 yaşından yuxarı olan və iş axtaran gənclər, hökumətimin təşəbbüsü ilə yaradılacaq bir qurumda qeydiyyata alınacaq və onlar işlə təmin olunmaq üçün tədricən ölkənin istehsalla məşğul olan müxtəlif sektorlarına və digər iqtisadi bölmələrinə təqdim ediləcəklər. Hökumət həm də həmin işsiz gənclərə işlə tam təmin olunana qədər maddi yardım göstərəcək. Belə ki, həmin gənclərin hər birinə hər ay 250 min tümən (təxminən 120 manat) aylıq maaş ödəniləcək və bu məbləğ aydan-aya onların bank hesablarına köçürüləcək. Bu yardım, onların işlə təmin olunması vaxta qədər davam edəcək”.

 

Tehran merinin seçki açıqlamasından sonra jurnalistlərə danışan prezidentliyə digər namizəd, vitse-prezident İshaq Cahangiri, Qalibafın işsiz gənclərə verdiyi vədləri boş və əsassız vədlər adlandıraraq bunun mümkün olmadığını bəyan edib: “Ölkə iqtisadiyyatının durmu, gücü və potensialı hamıya bəllidir. Əgər kimsə deyir ki, prezident seçiləcəyim təqdirdə bir neçə milyon nəfəri işlə təmin edəcəyəm, bilin ki, o şəxs yalan danışır və sadəcə olaraq milləti aldatmaq istəyir”.

 

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri, 2017-ci il, mayın 19-da (ordibeheştin 29-da) keçiriləcək.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04

gun az article

GünazTV June.03.2020: İran və Çin ABŞ-dakı qara dərililərin hüquqlarının pozulmasını tənqid etdilər

2020-06-03

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 1079 nəfərə çatıb

2020-06-03

gun az article

Cavad Süleymani: "Sual budur ki, niyə Ukrayna təyyarəsini qəsdən vurdular?"

2020-06-03

gun az article

Morqan Ortaqus: "Sirus Əsgərinin İrana qaytarılması məhkum mübadiləsi əsasında baş tutmayıb"

2020-06-03

gun az article

İranda daha 70 nəfər koronavirusdan ölüb, 3134 nəfər xəstəliyə tutulub

2020-06-03

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Evin zindanına çağırılıb

2020-06-03

gun az article

İranda 5 bal gücündə zəlzələ baş verib

2020-06-03

gun az article

Amerika məhkəməsi İran və Suriyanın amerikalılara kompensasiya ödəməsi ilə bağlı qərar qəbul edib

2020-06-03

gun az article

Məşhəddə daha 1 məhkum edam edilib

2020-06-02

gun az article

GünazTV June.02.2020: Bazar günü şiddət hadisələrinin yaşandığı etiraz dalğalarının ardından həftənin ilk günü paytaxt Vaşinqtonda sülh məqsədli protestlər keçirildi.

2020-06-02