Qalibaf, prezidentliyə namizədliyini İbrahim Rəisinin xeyrinə geri götürüb

Qalibaf, prezidentliyə namizədliyini İbrahim Rəisinin xeyrinə geri götürüb

GünAzTV: Tehran meri Məhəmmədbağır Qalibaf prezidentliyə namizədliyini İbrahim Rəisinin xeyrinə geri götürüb. O, bunu mayın 15-də mühafizəkar qrupların birgə keçirdiyi iclasda bəyan edib.

 

İslahat tərəfdarlarının prezidentliyə əsas namizədi sayılan Həsən Ruhanini yalan danışmaqda və əhaliyə yalan vədlər verməkdə günahlandıran Qalibaf, məsələ ilə bağlı bəyanat yayaraq tərəfdarlarını seçkilərdə qatı mühafizəkarların əsas namizədi olan İbrahim Rəisiyə səs verməyə çağırıb. O bildirib ki, İbrahim Rəisinin seçkilərdə qalib gəlməsi üçün bütün var gücündən və imkanlarından istifadə edəcək: “Mübarizə hələ təzə başlayıb və biz ölkəyə hakim fəsadın və səriştəsizliyin kökünün tamamilə qazılmas üçün əlimizdən gələni edəcəyik”.

 

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.

 

Seçkilərdə 5 namizəd, Həsən Ruhani, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba bir-biri ilə rəqabət aparacaq.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN