Qasım Süleymani Trampa səsləndi: “Mən özüm təkbaşına sənin qabağında dayanıb cavabını verərəm”

Qasım Süleymani Trampa səsləndi: “Mən özüm təkbaşına sənin qabağında dayanıb cavabını verərəm”

GünAzTV: “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadının komandanı Qasım Süleymani iyulun 26-da Həmədanda keçirilən bir tədbirdə çıxış edərək, ABŞ-a və onun prezidenti Donald Trampa qarşı təhdid dolu sərt bəyanatlar səsləndirib.

 

Süleymaninin ABŞ prezidentinə qarşı çıxışı, yaraqlı husilərin Qırmızı dənizin cənubunda, Babül-Məndəb boğazı yaxınlığında Səudiyyə Ərəbistanının neft daşıyan iki gəmisinə qarşı raket hücumundan və həmin gəmilərdən birinə müəyyən xəsarət yetirməsindən bir gün sonraya təsadüf edib.

 

Öz çıxışında Trampı “qumarbaz” və “kabareçi” adlandıran Süleymani deyib ki, “Sepah”ın “Qüds” qanadı qüvvələri Amerikanın regiondakı mövcud hərbi qüvvələrinin rəqibidir: “Mən bir əsgər olaraq, özüm təkbaşına sənin qabağında dayanıb cavabını verərəm. Elə bir gecə yoxdur ki, biz yatanda sizin haqqınızda düşünməyək. Bildirirəm ki, Amerika və onun müttəfiqləri İran hərbi qüvvələri ilə qarşıdurmada heç nə edə bilməyəcəklər.

 

Vaxtilə sabitlik içində olan Qırmızı dəniz artıq amerikalılar və onların buradakı hərbi qüvvələri üçün təhlükəsiz deyil. Bizi təhdid edir, ölkəmizə qarşı hansısa addımlar atacağınızı bildirirsiz. Bilin ki, ölkəmizə qarşı savaşa başlasanız,  müharibənin sonunu biz təyin edəcəyik. Sizə tövsiyə edirəm ki, Amerikanın keçmiş prezidentlərindən ibrət dərsi alaraq, onların təcrübələrindən istifadə etməyəsiniz”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN