Qasım Süleymaninin dəfnində ölənlərin ailələri hadisəyə səbəb olan rəsmilərdən şikayət etmək niyyətindədirlər

Qasım Süleymaninin dəfnində ölənlərin ailələri hadisəyə səbəb olan rəsmilərdən şikayət etmək niyyətindədirlər

GünAz TV: “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın sabiq komandanı Qasım Süleymaninin dəfn mərasimində yaranmış izdihamda ölənlərdən 20 nəfərinin ailəsi hadisəyə səbəb olan məsullardan məhkəməyə şikayət etmək niyyətindədir.

 

Onlardan bir qismi “dini lider”in ofisinə, digər qismi isə Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisiyə göndərdikləri məktublarda bu günə qədər nəyə görə heç kəsin hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürmədiyini bilmək istədiklərini deyiblər. Məhkəmə Sistemi onlara verdiyi cavabda ayrı-ayrılıqda, rəsmi formada şikayət etmələrini istəyib.

 

Ölənlərdən birinin ailə üzvü Rza Tirgərin sözlərinə görə, bu ana qədər onlara hadisənin səbəbi və səbəbkarları barədə onlara heç bir məlumat verilməyib.

 

“Üzrxahlıq etmək üçün heç bir nəfər (rəsmi-red.) də bizim evə gəlməyib. Hətta ölənləri şəhid də adlandırmadılar. Amma Ukrayna təyyarəsinin vurulmasından sonra yaranan siyasi və beynəlxalq təzyiqlərin nəticəsində hadisə nəticəsində ölənləri tez şəhid adlandırdılar. Qasım Süleymaninin dəfn mərasimində ölənlərə isə zülm etdilər”, - deyə Rza Tirgər əlavə edib.

 

Xatırladaq ki, Qasım Süleymaninin Kirmanda baş tutan dəfn mərasimində azı 61 nəfər yaranmış izdihamda ölmüşdü. İran rejiminin dəfn mərasimini əzəmətli göstərmək üçün müxtəlif qurumlarda işləyən insanları zorla dəfnə qatması və zəif təşkilatçılıq işləri səbəbindən sözügedən hadisə baş vermişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN