Qasım Süleymaninin müavini: “Bəşər Əsədi Tehrana Qüds Briqadası gətirmişdi”

Qasım Süleymaninin müavini: “Bəşər Əsədi Tehrana Qüds Briqadası gətirmişdi”

GünAz TV: “Sepah”ın “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin müavini İsmayıl Qaani Bəşər Əsədi Tehrana təmsil etdiyi qurumun gətirdiyini deyib.

 

O, Zərifin keçirilən görüşlərdə iştirak etməməsinə işarə edərək bildirib ki, “bu səfərdən məlumatı olması lazım olan adamlar məlumatlı idi, lazım olmayanlara isə məlumat verilməmişdi”.

 

İsmayıl Qaani əlavə edib ki, prezident Həsən Ruhani bu məsələdən məlumatlı olub. Xarici işlər naziri Məhəmməd Cavaf Zərifə məlumat verilməməsi isə dövlət orqanlarının öz işidir, “Sepah” buna qarışmır.

 

Qeyd etmək lazımdır ki, fevralın 25-də Suriya rejiminin prezidenti Bəşər Əsəd gözlənilmədən Tehrana səfər etmişdi. Onun Həsən Ruhani və Əli Xamneyi ilə keçirdiyi görüşlərdə XİN rəhbəri M.C.Zərif iştirak etməmişdi. Bundan sonra Zərif öz “İnstagram” səhifəsində istefa verdiyini elan etsə də, Həsən Ruhani onun istefasını qəbul etməmişdi. Zərif istefasına səbəb kimi Bəşər Əsədin Tehrana səfərindən “xəbərsiz” olmasını və görüşlərə dəvət edilməməsini göstərmişdi.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN