Qasım Süleymaninin rəsmi “İnstagram” hesabı bloklanıb

Qasım Süleymaninin rəsmi “İnstagram” hesabı bloklanıb

GünAz TV: “Sepah”ın rəsmi olaraq terror təşkilatları siyahısına salınmasından bir gün sonra, bu gün səhər saatlarından etibarən “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin rəsmi “İnstagram” hesabına giriş mümkün olmayıb.

 

Bundan öncə də Süleymaninin səhifəsi “İnstagram”ın qaydalarına zidd paylaşımlar etdiyinə görə, bir neçə dəfə bloklanıb.

 

“İnstagram” hələ ki, bunun səbəbini açıqlamasa da, sosial şəbəkədə hesabları olan “Sepah”a yaxın istifadəçilər bildirirlər ki, Qasım Süleymaninin istifadəçi səhifəsi İnqilab Keşikçiləri Korpusunun adının Amerikanın terror təşkilatları siyahısına daxil edilməsinə görə bloklanıb.

 

Qeyd etmək lazımdır ki, Qasım Süleymaninin adı uzun müddət əvvəl Birləşmiş Ştatlar tərəfindən terror təşkilatları və terrorist şəxslər siyahısına daxil edilib. Buna görə də onun səhifəsinin bağlanması “Sepah”ın adının qeyd edilən siyahıya salınması ilə bağlı olmaya bilər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN