Qasım Süleymaninin tabeliyində çalışan daha 1 “Sepah”çı Yəməndə öldürülüb

Qasım Süleymaninin tabeliyində çalışan daha 1 “Sepah”çı Yəməndə öldürülüb

GünazTV: “Sepah” terror təşkilatının “Qüds” briqadasının İraqda öldürülmüş keçmiş komandanı Qasım Süleymaninin tabeliyində xarici əməliyyatlarda iştirak edən “Sepah”çı Mustafa Məhəmməd Mirzayi Yəməndə öldürülüb.

 

Hadisə, dörd gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

“Sepah”a yaxınlığı ilə tanınan “Fars” agentliyinin yaydığı məlumata əsasən, Rey şəhər sakini, 38 yaşlı Mustafa Məhəmməd Mirzayi yanvarın 3-ü sübh saatlarında, Yəməndə keçirilən bir hərbi əməliyyatda öldürülüb. Onun ölümü, Qasım Süleymaninin İraqda Amerikanın hərbi hava qüvvələri tərəfindən öldürüldüyü günə təsadüf edib. “Sepah”çının öldürülməsi ilə nəticələnən hərbi əməliyyatın detalları açıqlanmayıb.  

 

“Sepah”ın “Qüds” briqadasının İraqda öldürülmüş keçmiş komandanı Qasım Süleymani

 

Xatırladaq ki, yanvarın 3-ü gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, eləcə də daha 4 “Sepah”çı,  Hüseyn Cəfəri Niya, Şəhrud Müzəffəri Niya, Hadi Tarəmi və Vəhid Zamaniyan, həmçinin “Həşdəş-Şəbi” rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və daha bir neçə terrorçu, ABŞ hava qüvvələrinin raket hücumunda məhv edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN