Qazaxıstanda təyyarə qəzası ilə bağlı matəm elan edilib

Qazaxıstanda təyyarə qəzası ilə bağlı matəm elan edilib

GünAz TV: Dekabrın 28-i Qazaxıstanda matəm elan edilib.


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təyyarə qəzası ilə bağlı ölkə üzrə matəm elan edilməsi haqqında qərar verib.


Xatırladaq ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 15 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN