Qədim mayalılara aid yeni saray tapılıb

Qədim mayalılara aid yeni saray tapılıb

GünAz TV: Meksikanın cənub-şərqində qədim mayalılara aid saray aşkarlanıb.


APA “voiceamerica”ya istinadən xəbər verir ki, Meksika arxeoloqları Meksikanın Yukatan ştatındakı Kuluba arxeoloji sahəsində yeni Maya Sarayı tapıblar.

 

Sarayın uzunluğu 50 metr, hündürlüyü isə 6 metrdir.


İnşaat materialları bu sarayda 600-cü il ilə 1050-ci illər arasında iki fərqli dövrdə insanların yaşadığını göstərir.


Kolumbdan öncəki dövrə aid Maya şəhərindəki bu sarayla birlikdə mütəxəssislər başqa dörd tikilini - altar, yaşayış üçün nəzərdə tutulan iki sahə və bir soba olduğu düşünülən bir tikili aşkar edib.


Qeyd edək ki, qüdrətli Maya İmperiyasının ən güclü dövrü təxminən 250- 900-cü illərdə yaşanıb və bu dövr klassik dövr adlanıb. O dövrlərdə imperiya hazırda Qvatemala, Honduras və Salvadorun qərb hissəsində olan əraziləri əhatə edirdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN