Qərb xəfiyyə mənbələri: “İran Suriyada daimi bir hərbi baza tikməkdədir”

Qərb xəfiyyə mənbələri: “İran Suriyada daimi bir hərbi baza tikməkdədir”

GunAzTV: Qərb xəfiyyə mənbələri İranın Suriyada hərbi fəaliyyətini genişləndirməsi barədə yeni məlumat yayıb.

 

Adının çəkilməsini istəməyən həmin mənbələrdən biri noyabrın 10-da BBC telekanalına açıqlamasında bildirib ki, İran Dəməşqdən 14 kilometr cənubda yerləşən “Əl-Kusuh” məntəqəsində daimi bir hərbi baza tikməkdədir. Bildirilir ki, səmadan çəkilmiş şəkillər, cari ilin yanvar ayından oktyabr ayına qədər həmin məntəqədə gizli tikinti işləri aparıldığını sübut edir. Qeyd olunur ki, çəkilmiş şəkillər həmin yerdə hərbi maşınlarla əsgərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş 12 binanın artıq tikildiyini göstərir.

 

Hərbi məqsədlər üçün nəzərdə tutulmuş bu binaların hazırda istifadəyə verilib-verilmədiyi hələlik təsdiq olunmasa da, digər bir mənbənin bildirdiyinə görə, İranın yüksək rütbəli hərbi rəsmiləri son həftələrdə həmin bazaya gedərək ona baxış keçiriblər. Bildirildiyinə görə, hərbi bazada ən azı 500 əsgəri yerləşdirilə bilər. “Sepah”ın birbaşa nəzarətində tikilmiş binaların, İranın Suriyaya göndərdiyi Əfqanıstan və Pakistan muzdlu şiə döyüşçülərinin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilir.

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN