Qərbi Azərbaycanda kürd yaraqlıları ilə qarşıdurmada 8 İran sərhədçisi öldürülüb

Qərbi Azərbaycanda kürd yaraqlıları ilə qarşıdurmada 8 İran sərhədçisi öldürülüb

GünAzTV: İranın Qərbi Azərbaycan əyalətinin Türkiyə sərhədinə yaxın Çaldıran məntəqəsində yaraqlı kürd qruplaşmaları ilə baş verən silahlı qarşıdurmada 8 İran sərhədçisi öldürülüb.

 

Bu barədə Qərbi Azərbaycan əyaləti valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Radfər jurnalistlərə açıqlamasında məlumat verib.

 

 

O bildirib ki, hadisə noyabrın 3-ü axşam saatlarında Türkiyə sərhədinə yaxın Çaldıran şəhərinin Babanur məntəqəsində baş verib: “Kürd terrorçuları ilə baş verən qarşıdurmada 8 sərhədçimiz şəhid edilib. Şəhid olanlardan 5-i zabit, 3-ü isə əsgərdir. Qarşıdurmada həmçinin terrorçular çoxlu sayda itki verdikdən sonra hadisə yerindən qaçıblar. Onların tutulması üçün başlanmış təqib və axtarış əməliyyatı davam edir”.

 

Əlirza Radfər, yaraqlıların hansı kürd qrupuna bağlı olduğunu mediaya açıqlamasa da, sərhədçilərlə atışmanın PKK terror təşkilatının İran qanadı sayılan “Pjak” və ya digər müxalif kürd qruplaşmaları arasında baş verdiyi təxmin edilir.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN