Qərbi Azərbaycanda yaraqlı kürdlərlə “Sepah”çılar arasında baş verən qarşıdurmada 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Qərbi Azərbaycanda yaraqlı kürdlərlə “Sepah”çılar arasında baş verən qarşıdurmada 2 nəfər ölüb, 4 nəfər yaralanıb

GünAzTV: Avqustun 5-dən 6-sına keçən gecə İranın Qərbi Azərbaycan əyalətinin sərhəd məntəqəsində Kürdüstan Demokrat Partiyası peşmərgələri ilə “Sepah” qüvvələri arasında baş verən silahlı qarşıdurmada ən azı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

Bu barədə “Sepah”ın quru qüvvələrinin komandanı Məhəmməd Pakpur avqustun 6-da jurnalistlərə açıqlamasında xəbər verib. O bildirib ki, qarşıdurma zamanı “Sepah” qüvvələri “əksinqilabçı”lardan 2-sini öldürüb, 4-nü yaralayıb: “Bir sıra təxribat və teraktlar törətmək məqsədilə sərhəddi keçərək ölkəyə daxil olan terrorçu dəstənin üzvləri “Sepah”ın quru qüvvələri tərəfindən məhv edilib. Terrorçulardan bir sıra silash-sursat və hərbi avadanlıqlar aşkarlanaraq götürülüb”.

 

"Sepah"ın quru qüvvələrinin komandanı Məhəmməd Pakpur

 

Məhəmməd Pakpur hadisənin təfərrüatı barədə məlumat verməsə də, İranın Kürdüstan Demokrat Partiyası avqustun 6-da bəyanat yayaraq baş vermiş qarşıdurmada ona bağlı peşmərgələrin “Sepah” qüvvələrinə ağır və öldürücü zərbələr endirdiyindən xəbər verib. Bəyanatda hadisənin təfərrüatı açıqlanmasa da, yaxın günlərdə bu barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcəyi bildirilir.

 

Tərəflər arasında silahlı qarşıdurmanın Qərbi Azərbaycanın konkret hansı sərhəd məntəqəsində baş verdiyi mediaya açıqlanmayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN