Qeşm adasında birlikdə gecə şənliyinə qatılan daha 15 qız və oğlan həbs edilib

Qeşm adasında birlikdə gecə şənliyinə qatılan daha 15 qız və oğlan həbs edilib

GünazTV: İranın cənubunda yerləşən Qeşm adasında birlikdə gecə şənliyinə qatılan daha 15 qız və oğlan həbs edilib.

 

Bu barədə, Qeşm adasındakı “Sepah” qüvvələrinin komandanı Məhəmməd Saları oktyabrın 27-də jurnalistlərə açıqlama verib.

 

Salari deyib ki, Qeşm adası sahilindəki əyləncə mərkəzlərindən birində bir araya gələrək birlikdə şənlik edən gənclər yerli ETTELAAT-ın mülki geyimli əməkdaşlarının, eləcə də “Bəsic” və hüquq-mühafizə qüvvələrinin keçirdiyi birgə əməliyyatda həbs edilərək polis bölməsinə aparılıblar: “Saxlanılan gənclər əyləncə mərkəzlərindən birinin səhlənkarlığından istifadə edərək əyləncə kompleksinin içinə girmiş, birlikdə əylənirmişlər. Həmin gənclər əməkdaşlarımız tərəfindən tutularkən içkili vəziyyətdə olaraq, islam qaydalarına zidd hərəkətlər ediblər” –deyə Qeşm adasındakı “Sepah” qüvvələrinin komandanı Məhəmməd Saları əlavə edib.

 

Tutulan gənclərin hazırda polis bölməsində dindirildiyini bildirən Saları, onların kimliyini və nə vaxt həbs edildiklərini açıqlamayıb.

 

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə qədər, İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 2 mindən çox qız və oğlan həbs edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN