Qəzzadan İsrail ərazisinə raket atılıb

Qəzzadan İsrail ərazisinə raket atılıb
GünAz TV: «Qəzza zolağından İsrailə raket atılıb».

 

İsrail ordusunun mətbuat xidmətinin verdiyi məlumata görə, raket İsrailin cənub bölgəsində partlayıb. Qəzzadan atılan raket İsrailin cənubunda yerləşən Şaar Xa-Neqev rayonu yaxınlığında boş əraziyə düşüb. Raketin düşməsi nəticəsində zərərçəkən olmayıb.

 

Qəzza zolağından İsrail ərazisinə sonuncu raket atışı bu ilin martın 18-də edilmişdi. Buna cavab olaraq İsrail ordusu “HƏMAS”-ın Qəzza zolağındakı mövqelərinə hava və tanklardan zərbələr endirmişdi. 

 

 

R.X


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN