Qırğızıstanda prezident seçkiləri başa çatdı, ilkin nəticə açıqlandı

Qırğızıstanda prezident seçkiləri başa çatdı, ilkin nəticə açıqlandı

GünAz TV: Bu gün Qırğızıstanda keçirilən prezident seçkiləri yekunlaşıb.

 

Mediada yayılan məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 20.00-da bağlanıb və artıq səslərin 1,5 milyondan çoxu sayılıb.

 

Hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov səslərin 55 faizini qazanıb.

 

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şayldabekova keçirdiyi mətbuat konfransında bildirib ki, səsvermədə 1 milyon 557 min 225 seçici iştirak edib. Hazırki məlumata əsasən, Soornbay Jeenbekov 55 faiz, yəni, 885 min 649 səs qazanıb. Onun əsas rəqibi olan müxalifətçi Omurbek Babanov isə 529 min 118 səs toplayıb. Bu isə səslərin 33 faizini təşkil edir.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN