Qulamrza Cəlali: "Amerika rəsmən bizə qarşı kiber müharibə elan edib"

Qulamrza Cəlali:

GünAz TV: İranın Mülki Müdafiə Təşkilatının rəhbəri Qulamrza Cəlali ötən gün Tehranda keçirilən cümə namazının xütbələrindən öncə Amerika Birləşmiş Ştatlarının ölkəsinə qarşı rəsmən kiber hücum başlatdığını deyib.


O qeyd edib ki, ABŞ pilotsuz uçan aparatın vurulmasından sonra İranın dəniz, enerji, qaz və digər infrastrukturlarına qarşı rəsmən kiber müharibə elan edib.


Qulamrza Cəlali bu sözləri Qərb mediasında çıxan bəzi xəbərlərə işarədir. Həmin məlumatlarda bildirilirdi ki, İran Amerikaya məxsus PUA-nı vurmasından bir neçə saat sonra rəsmi Vaşinqton bu ölkənin hərbi obyektlərinin komputerlərinə qarşı kiber hücumlar təşkil edib. Hətta hücumlar o qədər effektiv olmuşdu ki, İran ondan ötən bir neçə ay müddətində sıradan çıxmış sistemlərini bərpa etməyə qadir olmamışdı.


Sentyabr ayında dərc edilmiş xəbərlərdə qeyd edilirdi ki, Donald Trampın icazəsilə həyata keçirilən kiber hücumlar nəticəsində "Sepah" terror təşkilatına məxsus bir neçə hərbi obyektin raket idarəetmə sistemlərinə məxsus komputerləri sıradan çıxarılıb.


İran isə ABŞ-ın sözügedən kiber hücumlarına cavab verə bilməyib.


Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN