Qum şəhərində Xomeyninin banneri yandırılıb – GÖRÜNTÜ

Qum şəhərində Xomeyninin banneri yandırılıb – GÖRÜNTÜ

GünAz TV: İranda hakim rejimə qarşı etirazlar bütün şəhərlərdə müşahidə olunur.

 

Etirazlara “Dəheyi fəcr” günlərində (rejim fevralın 1-dən başlayaraq 10 günü islam inqilabının qələbəsi günləri kimi qeyd edir, bu günlər “Dəheyi fəcr” adlanır) daha tez-tez rast gəlinir.

 

Məlumata görə, əhali yaşadıqları şəhərlərdə divarlar üzərinə müxtəlif şüarlar yazaraq rejimə qarşı öz etirazlarını bildirirlər. Bəzi şəhərlərdə isə rejimin rəhbərliyində təmsil olunan şəxslərin bannerləri ayaqlar altına atılır vəya yandırılır.

 

Son məlumata görə, İranın dini mərkəzi sayılan Qum şəhərində İslam Cümhuriyyətinin qurucusu Ruhulla Xomeyninin banneri naməlum şəxslər tərəfindən yandırılıb.

 

 

Hadisə fevralın 6-ı gecə saatlarında Nübüvvət Meydanında baş verib.

 

Oxşar hadisə bundan öncə Güney Azərbaycanın Urmiyə və Təbriz şəhərlərində baş vermişdir. Bu barədə aşağıdakı xəbəri oxuya bilərsiniz:

Təbriz və Urmiyə şəhərlərində rejimə qarşı etirazlar artıb – VİDEO / GÖRÜNTÜ

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN