Qum Tibb Universitetinin rektoru və İranın daha bir neçə rəsmisi korona virusuna yoluxub

Qum Tibb Universitetinin rektoru və İranın daha bir neçə rəsmisi korona virusuna yoluxub

GünazTV: İranda Qum Tibb Universitetinin rektoru Məhəmmədrza Qədir və daha bir neçə İran rəsmisinin korona virusuna yoluxub.

 

İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, son günlər korona virusuna yoluxmaqda şübhəli bilinən xəstələrlə sıx təmasda olan Məhəmmədrza Qədir özü də virusa yoluxub və hazırda karantin şəraitində həkimlərin nəzarəti altında saxlanılır. Yayılan məlumatlarda virusa yoluxmuş digər İran rəsmilərinin adları açıqlanmayıb.

 

İran parlamentinin Qumdan seçilmiş deputatı Əhməd Əmirabadi Fərahani, fevralın 23-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda məsələyə toxunaraq, Qum Tibb Universitetinin rektoru Məhəmmədrza Qədirin korona virusuna yoluxduğunu təsdiq edib: “Rektorun koronavirusa yoluxması ilə bağlı testlər müsbət çıxıb” -deyə, iranlı deputat Əhməd Əmirabadi Fərahani “Twitter”də paylaşdığı yazısında bəyan edib.

 

Xatırladaq ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur, fevralın 23-də mediaya açıqlamasında ölkədə korona virusundan ölənlərin sayının 8-ə, ona yoluxanların isə 43 nəfərə çatmasından xəbər verib.

 

 

Qeyd etmək lazımdır ki, İran rejimi koronavirusdan ölənlərin 8, ona yoluxanların isə 43 nəfər olduğunu bildirsə də, İranın tibb mərkəzlərində fəaliyyət göstərən müstəqil mənbələr, bu rəqəmin qat-qat çox olduğunu və hökumətin ölkədə baş vermiş faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışdığını bildirirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN