Rami Əbdülrəhmən: “İsrailin Suriyaya son hava hücumunda 12 “Sepah”çı öldürülüb”

Rami Əbdülrəhmən: “İsrailin Suriyaya son hava hücumunda 12 “Sepah”çı öldürülüb”

GünAzTV: Suriyanın Londonda yerləşən İnsan Haqları Müşahidəçiləri Təşkilatının sözçüsü Rami Əbdülrəhmən yanvarın 22-də Fransa agentliyinə açıqlamasında, İsrailin iki gün əvvəl Suriyaya hava hücumunun itkilərindən danışıb.

 

O bildirib ki, İsrail qırıcılarının Dəməşqin ətrafında yerləşən hərbi mövqelərə hava hücumunda ümumilikdə 21 nəfər həlak olub: “Bizdə olan dəqiq məlumata əsasən, raket hücumlarında ölənlərdən 12-si İran İnqilab Keşikçiləri Korpusundan olan “Sepah”çılar, 6-sı isə Suriya ordusunun hərbçiləridir. Hücumda, İran hərbi təsisatları və onlara məxsus silah anbarları məhv edilib”.

 

Rami Əbdülrəhmən, hava hücumlarında həlak olan digər 3 nəfərin kimliyini açıqlamayıb.

 

 

Xatırladaq ki, yanvarin 20-si və 21-də İsrail qırıcıları Suriyada “Sepah”ın “Qüds” qanadının hərbi mövqelərinə yenidən hava zərbələri endirib.  Bu barədə, İsrail ordusu bəyanat yayıb. Bəyanatda bildirilir ki, Suriyadan İsrailin nəzarətində olan Qolan yüksəkliklərinə bir raket buraxılmasına cavab olaraq,  İsrail qırıcıları “Sepah”ın “Qüds” qanadının, eləcə də Livan “Hizbullah”ının Suriyadakı hərbi mövqelərini raket atəşinə tutub. Hava hücumlarında, “Sepah” və “Hizbullah” ın  Dəməşq ətrafında yerləşən silah anbarlarına çoxlu sayda raket zərbələri endirilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN