Ramin Usubov və Mədət Quliyev tutduqları vəzifələrindən azad edilib, onlara yeni vəzifə verilib

Ramin Usubov və Mədət Quliyev tutduqları vəzifələrindən azad edilib, onlara yeni vəzifə verilib

GünAz TV: Azərbaycan prezidenti İlham Əliyev Ramil İdris oğlu Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən və Mədət Qəzənfər oğlu Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında iki sərəncam imzalayıb.

 

Sərəncamla Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib. O prezidentin imzaladığı digər bir sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.

 

Ramil Usubov

 

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilən Mədət Quliyev isə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

 

Mədət Quliyev

 

Dövlət başçısının imzaladığı digər sərəncamlarla Ramil Usubovun yerinə Vilayət Eyvazov, Mədət Quliyevin yerinə isə Əli Nağıyev təyin  olunub.

 

Vilayət Eyvazov

 

Əli Nağıyev

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN