Rəcayişəhr zindanında daha 11 məhbus edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

Rəcayişəhr zindanında daha 11 məhbus edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

GünAzTV: İranda qətldə günahlandırılaraq edama məhkum edilən daha 11 nəfər, barələrində çıxarılan ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Kərəcin Rəcayişəhr zindanında saxlanılan müttəhimlər, aprelin 29-da həbsxananın ümumi korpusundan çıxarılaraq ayrı-ayrılıqda təkadamlıq kameralara köçürülüb. Beynəlxalq Əfv Təşkilatının isə bildirdiyinə görə, edama hazırlaşdırılan müttəhimlərdən birinin (Mehdi Bəhluli) qətl törədərkən cəmi 17 yaşı olub və hazırda 15 ildir həbsdə saxlanılır.

 

Digər müttəhimlərin adları mediaya açıqlanmayıb. Onların yaxın saatlarda və ya yaxın günlərdə dar ağacından asılacağı gözlənilir. 

 

İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN