Rəfsəncan şəhərinin Ədliyyə İdarəsinin rəisi: “İranda alkaqollu içkilərin qəbulu məktəblilər arasında da yayılıb”

Rəfsəncan şəhərinin Ədliyyə İdarəsinin rəisi: “İranda alkaqollu içkilərin qəbulu məktəblilər arasında da yayılıb”

GüAz TV: Rəfsəncan şəhərinin Ədliyyə İdarəsinin rəisi Mehdi Purməhəmmədi bildirib ki, İranda alkaqollu içkilərin qəbulu məktəblilər arasında da yayılıb.

 

Onun sözlərinə görə, narkotik maddələrə və alkaqollu içkilərə olan təlabatı azaltmaq üçün çalışmaq lazımdır, çünki bu “təhlükə” artıq məktəb səviyyəsinə enib və bu isə öz növbəsində “həyəcan təbilidir”.

 

O, İranda spirtli içkilər və narkotik maddələrin yayılmasını peyk antenalarına bağlamağa çalışıb. Ədliyyə rəisinin sözlərinə görə, “virtual dünyada ev şəraitində spirtli içki hazırlamağın yollarını öyrədən 50 saniyəlik videolar olduğundan, bu xüsusda diqqətli olmasaq, alkaqollu içkilər evlərə yol açacaq”.

 

Qeyd edək ki, son illər İranda spirtli içkilərin və narkotik maddələrin qəbulunda ciddi artım müşahidə olunur. Bir çox ekspertlər bunun səbəbini ölkədə mövcud olan dini rejimin qəbul etdiyi ifrat qanunlarla əlaqələndirirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN