Reks Tillerson: “İran, terror əməliyyatlarına dəstək verən əsas ölkələrdən biridir”

Reks Tillerson: “İran, terror əməliyyatlarına dəstək verən əsas ölkələrdən biridir”

GünAzTV: Amerikanın dövlət katibi Reks Tillerson aprelin 18-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayana məktub yazaraq İranın nüvə sazişinin icrası ilə bağlı üzərinə götürdüyü öhdəlikdən və rəsmi Tehranın beynəlxalq terrorizmə dəstəyindən danışıb.

 

Yazdığı məktubunda Tillerson bildirib ki, İran nüvə sazişi (Bərcam-ın) və onun icrası ilə bağlı öhdəlikləri yerinə yetirib: “Bizim dəyərləndirmələrimizə görə, İran həmin sazişlə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə aprelin 28-ə qədər əməl edib. Lakin biz, İranın terrorizmə dəstəklə bağlı bölgədə yürütdüyü siyasətindən nigaranıq. Təəssüflər olsun ki, İran müxtəlif yollar və şivələrlə terrorizmə və terror əməliyyatlarına dəstək verən əsas ölkələrdən biridir. Bunun isə qarşısı alınmalıdır”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN