Rəsmi Ankara S-400 sistemlərini almaqdan imtina etməyəcəyini bildirib

Rəsmi Ankara S-400 sistemlərini almaqdan imtina etməyəcəyini bildirib

GünAz TV: "Türkiyə Rusiyadan S-400 sistemlərini almaqdan imtina etməyəcək".

 

"Qafqazinfo" xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın "Bloomberg"ə müsahibəsində deyib:

"Türkiyə suveren ölkə olaraq müstəqil qərarlar qəbul etmək iqtidarındadır.Türkiyə özü qərar verir ki, hansı müdafiə sistemlərini və texnologiyaları almaq lazımdır". 

 

Kalın Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyə əleyhinə hər hansı sanksiya tətbiq edəcəyi halda cavab addımı atılacağını bildirib. Onun sözlərinə görə, sanksiya ABŞ-Türkiyə münasibətlərini zədələyə bilər və Türkiyə öz mövqeyindən geri dönməyəcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN