Rəsmi Bakı Amerikanın Qüdsü İsrailin paytaxtı kimi tanımasına münasibət bildirdi

Rəsmi Bakı Amerikanın Qüdsü İsrailin paytaxtı kimi tanımasına münasibət bildirdi

GünAz TV: "Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır".

 

Bunu noyabrın 6-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı mətbuat nümayəndələrinin sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

O qeyd edib ki, "biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq".

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN