Rəsmi Bakıdan erməni uydurmasına cavab: "Heç bir itki verməmişik"

Rəsmi Bakıdan erməni uydurmasına cavab:

GünAz TV: Azərbaycan tərəfindən dekabrın 29-da törədilən Ermənistan təxribatı ilə bağlı yeni məlumat yayılıb.

 

"Erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb".

 

Bu sözləri mətbuata Azərbaycan Müdafiə Nazirliyi bildirib.

 

Nazirlik bəyan edib ki, əgər erməni tərəfinin "təkzibolunmaz sübutları" varsa, təqdim etsinlər:

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir".

 

N.S

  


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN