Rəsmi London İrana səfər edən öz vətəndaşlarına xəbərdarlıq edib

Rəsmi London İrana səfər edən öz vətəndaşlarına xəbərdarlıq edib

GünazTV: Böyük Britaniyanın Xarici İşlər Nazirliyi aprelin 12-də bəyanat yayaraq, İrana səfər edən öz vətəndaşlarına yenidən xəbərdarlıq edib. Bəyanatda İranın təhlükəli zonalarını əks etdirən xəritəsi də öz əksini tapıb.

 

Bəyanatda İranın müxtəlif bölgələrində baş verən daşqın və selə, eləcə də digər mövcud təhlükəli hallara toxunularaq bildirilir ki, ikili vətəndaşlığı olan İran əsilli Böyük Britaniya vətəndaşları və digər britaniyalılar zəruri olmayan hallarda İrana səfərdən imtina etməli, ehtiyatlı olmalıdırlar.

 

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi özünün rəsmi saytında bəyanatla yanaşı həm də İran xəritəsini yayaraq bildirib ki, Britaniya vətəndaşları, o cümlədən də ikili vətəndaşlığı olan şəxslər İranla Əfqanıstan sərhəddinin 100 kilometrliyində, eləcə də İranla İraq sərhəddinin 10 kilometrliyində yerləşən bölgələrə səfərdən çəkinməlidirlər. Bəyanatda həmçinin Böyük Britaniya vətəndaşlarının İranın Sistan-Bəlucistan əyalətinə də səfər etməməsi tövsiyə edilir, bildirilir ki, İranın digər bölgələrinə səfər, ikili vətəndaşlığı olanlar istisna olmaqla, digər Britaniya vətəndaşları üçün nisbətən təhlükəsizdir.

 

 

Qeyd edək ki, son illər İrana səfər edən ikili vətəndaşlığı olan Britaniya vətəndaşlarının bu ölkədə həbs olunması Tehranla London münasibətlərinə xələl gətirib. 3 il əvvəl isə ailəsi ilə görüşmək üçün Tehrana səfər edən İran əsilli Böyük Britaniya vətəndaşı Nazənin Zaqəri casusluqda günahlandırılaraq həbs edilib. O, həmin vaxtdan Tehranın Evin zindanında saxlanılır.

 

Xatırladaq ki, rəsmi London ötən ilin sentyabr ayında İrana səfərin təhlükəli olması barədə bəyanat yayaraq, ikili vətəndaşlığı olan öz vətəndaşlarına ciddi xəbərdarlıq bildirmişdi.  

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN