Rəsmi Tehrandan Netanyahuya xəbərdarlıq: “Ayağınızı cızığınızdan kənara qoymayın”

Rəsmi Tehrandan Netanyahuya xəbərdarlıq: “Ayağınızı cızığınızdan kənara qoymayın”

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi yanvarın 16-da jurnalistlərə açıqlamasında İranın Suriyadakı hərbi qüvvələri ilə bağlı bir neçə gün əvvəl səsləndirdiyi bəyanatına cavab olaraq, İsrailin baş naziri Benyamin Netanyahuya xəbərdarlıq edib.

 

Qasimi bildirib ki, düşmənlərin apardığı mənfi təbliğatına baxmayaraq, İranın Suriyada hərbi qüvvələri yoxdur: “Bizim Suriyada yalnız hərbi müstəşarlarımız var. Onlar isə Suriya hökumətinin rəsmi dəvəti ilə bu ölkəyə göndərilib. İranın hərbi müstəşarları bir neçə ildir ki, Suriya ordusu, xalqı və müqavimət cəbhəsinin yanında olaraq, bu ölkənin terrorçular;n əlində olan  ərazilərinin işğldan azad olunmasına yardım edir.

 

Biz “Qüds”ü işğal edən rejimə və onun baş nazirinə xəbərdarlıq edərək bildiririk ki, ayağınızı cızığınızdan kənara qoymayın və boş-boş sözlər dilinizə gətirməyin. Biz heç vaxt sizə belə bir imkanı verməyəcəyik. Biz heç bir təhdidi qəbul etmirik və lazım olsa, sizə necə danışmağı və necə hərəkət etməyi öyrədəcəyik”.

 

Xatırladaq ki, Netanyahu yanvarın 15-də Müdafiə Nazirliyində keçirilən bir mərasimdə çıxış edərək, İranın orbitə göndərmək istədiyi peykindən və Suriyadakı hərbi varlığından danışıb: “Hesab edirəm ki, İranın öz peykini orbitə buraxmaqda hədəfi, bütün beynəlxalq razılaşmalara baxmayaraq, qitələrarası ballistik raketini sınaqdan keçirməkdir. Daha doğrusu, peykin orbitə çatdırılması, işin zahiri tərəfidir. Əsl hədəf isə, İranın qitələrarası raketinin buraxılması ilə bağlı qabiliyyətini yüksəltməkdir. İranın Suriyadakı hərbi varlığına gəlincə, bildirilik ki, İran və onun terrorçu şaxələrinin qarşısını almaq bizim əsas hədəflərimizdən biridir. Mən bir daha tövsiyə edirəm ki, İran öz hərbi qüvvələrini dərhal Suriyadan geri çəksin. Əks təqdirdə, biz keçmişdə verdiyimiz sözə sadiq qalaraq, hücum siyasətini davam etdirəcəyik”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN