Rəsmi Tehranın sözçüsü: “Amerika “Sepah”ı terrorçu kimi tanısa, İranın buna cavabı kəskin və sarsıdıcı olacaq”

Rəsmi Tehranın sözçüsü: “Amerika “Sepah”ı terrorçu kimi tanısa, İranın buna cavabı kəskin və sarsıdıcı olacaq”

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi oktyabrın 9-da jurnalistlərə açıqlamasında Vaşinqtonun “Sepah”ı terrorçu qruplaşmalar siyahısına  daxil edəcəyi ehtimalına münasibət bildirib.

 

Qasimi bildirib ki, rəsmi Tehran, Amerikanın bu mühüm və strateji səhvə yol verməyəcəyinə ümidvardır: “Ümid edirik ki, amerikalılar üzaqgörənliklə bu məsələyə yanaşacaq, bu günə qədər buraxdıqları strateji səhvləri nəzərə alaraq növbəti dəfə belə bir addım atmayacaqlar. Lakin əgər onlar “Sepah”ı terrorçu qrup kimi tanımaq qərarına gəlsələr, İranın onlara cavabı çox ağır, sarsıdıcı, tutarlı  və kəskin olacaq. Güman edirəm ki, vəziyyət bu yerə gəlib çatdıqda, Amerika belə bir qərarının sonrakı nəticə və fəsadını qəbul etməli, onun məsuliyyətini üzərinə götürməlidir. Bütün bunları nəzərə alaraq yenə ümid edirik ki, amerikalılar bu istiqamətdə hərəkət etməyəcəklər”.

 

Xatırladaq ki, “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri oktyabrın 8-də “Sepah” strategiyası şurası”nın iclasında çıxış edərək Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.

 

Amerikanın “Sepah”ı terrorçu qruplar siyahısına daxil etməsi ilə bağlı Qərb mediasında yayılan xəbərlərə toxunan Cəfəri bildirib ki, əgər yayılan məlumatlar düz çıxsa, İranın buna reaksiyası çox kəskin olacaq: “Əgər Ağ Evin axmaqlıq edərək “Sepah”ı terrorçu qruplar siyahısına daxil etmək istəməsi barədə orda-burda yayılan məlumatlar düz olsa, “Sepah” da dünyanın hər yerində, o cümlədən də Orta Şərqdə Amerika ordusuna İŞİD-ə bənzər bir qüvvə kimi baxacaq.

 

Əvvəllər də elan etdiyimiz kimi, bir daha xəbərdarlıq edib bildiririk ki, əgər Amerikanın İrana qarşı sanksiyalar qanunu icra olunsa, o zaman Vaşinqton özünün regional hərbi bazalarını İran raketlərinin qət etdiyi 2 min kilometrliyinə qədər geri çəkməlidir”.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN