Roma Papası İranın sel fəlakəti ilə üzləşmiş bölgələrinə 100 min avro yardım edib

Roma Papası İranın sel fəlakəti ilə üzləşmiş bölgələrinə 100 min avro yardım edib

GünAz TV: Roma Papası Fransisk İranda sel fəlakəti ilə üzləşmiş bölgələrin əhalisinə 100 min avro yardım ayırıb.

 

Almaniyada fəaliyyət göstərən Katolik Xəbər Agentliyinin Vatikana istinadən verdiyi məlumata görə, bu humanitar yardım İranın Qızıl Aypara Cəmiyyəti və Birləşmiş Millətlər Təşkilatının Tehrandakı nümayəndəliyinin koordinasiyası ilə selin fəsadlarının aradan qaldırılması istiqamətində xərclənəcək.  

 

Məlumatda həmçinin Karitas Tatolik Təşkilatının da İranda eyni istiqamətdə köməkliklər göstərdiyi qeyd edilib.

 

Xatırladaq ki, son 2 həftə ərzində İranda baş vermiş sel və daşqınlar rəsmi statistikaya əsasən, ən azı 77 nəfərin ölümünə, 1070 nəfərin isə yaralanmasına səbəb olub. Təbii fəlakət nəticəsində 200 mindən çox insan öz evlərini tərk etməyə məcbur olub, eləcə də mənzillərə, əkin sahələrinə, zirsaxtlara böyük həcmdə zərər dəyib.

 

Daşqınların baş verdiyi ilk günlərdən güney azərbaycanlılar Gülüstan vilayətində türkmənlərə böyük miqdarda humanitar yardımlar göndərmişdilər.

 

Digər tərəfdən, İran rəsmiləri və “Sepah” müxtəlif bəhanələrlə xalqın topladığı yardımların paylanmasının qarşısını almağa çalışırlar. Onların sözlərinə görə, xalq yardımları Qızıl Aypara Cəmiyyətinə verməli, qurum isə onları bölüşdürməlidir. Lakin ötən illərdə ölkənin müxtəlif bölgələrində baş vermiş təbbi fəlakələrdən sonra xalq tərəfindən toplanmış humanitar yardımlar Qızıl Aypara Cəmiyyəti və müxtəlif qurumlar tərəfindən mənimsənilmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN