“Röyters” agentliyi: “Ağ Ev “Sepah”ı terrorçu təşkilatlar siyahısına salmaq məsələsini dəyərləndirir”

“Röyters” agentliyi: “Ağ Ev “Sepah”ı terrorçu təşkilatlar siyahısına salmaq məsələsini dəyərləndirir”

GünAzTV: “Röyters” xəbər agentliyi fevralın 7-də ABŞ dövlət rəsmilərinin İran İnqilab Keşikçiləri Korpusunu “Sepah” terrorçu təşkilatlar siyahısına salmaq məsələsini dəyərləndirdiyi haqda məlumat yayıb.

 

Ağ Evin məsələni götür-qoy etdiyini vurğulayan “Röyters” agentliyinin ABŞ hökumətinin rəsmilərinə istinadən yaydığı məlumatında bildirilir ki, Amerikanın bir neçə qurum və təşkilatına, “Sepah”ın mümkün terrorçu təşkilatlar  siyahısına salınması təklifi haqda öz fikir və mülahizələrini cəmləşdirib hökumətə bildirmələri tapşırılıb. Agentliyin bildirdiyinə görə, Amerikanın yeni prezidentinin belə bir təklifə müsbət yanaşacağı, bu haqda irəli sürüləcək layihəni imzalayıb-imzalamayacağı hələlik bəlli deyil.

 

“Röyters”in bildirdiyinə görə, “Sepah”ın terrorçu təşkilatlar siyahısına salınması məsələsi gerçəkləşdiriləcəyi təqdirdə, bu, İranın xarici tərəfdaşlarını ölkədə sərmayə yatırmaqdan, İranla geniş iqtisadi əməkdaşlıqdan çəkindirəcək, Orta Şərq bölgəsində bir sıra davamlı olayların yaşanmasına gətirib çıxaracaq.

 

Ağ Ev, “Sepah”ın terrorçu təşkilatlar siyahısına salına biləcəyi haqda yayılan məlumatlara hər hansı bir reaksiya verməyib.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN