“Röyters”: “Amerika “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil edəcək”

“Röyters”: “Amerika “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil edəcək”

GünazTV: Amerika hökuməti İran İnqilab Keşikçiləri Korpusunu (Sepah) terrorçu təşkilatlar siyahısına daxil etmək niyyətindədir.

 

Bu barədə “Röyters” agentliyi aprelin 5-də adlarının çəkilməsini istəməyən 3 Amerika rəsmisinə istinadən məlumat yayıb.

 

Həmin rəsmilərin “Röyters”ə bildirdiyinə görə, ABŞ Dövlət Departamentinin “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etdiyini aprelin 8-də rəsmən elan edəcəyi gözlənilir. Bildirilir ki, əgər bu xəbər öz təsdiqini taparsa, bu Amerikanın digər bir ölkənin rəsmi bir hərbi qurumunu terrorçu təşkilatlar siyahısına salması ilə bağlı ilk addımı olacaq.

 

Qeyd edək ki, bundan əvvəl, Tramp hökumətinin “Sepah”ı terrorçu təşkilatlar siyahısına salmaq niyyətində olması ilə bağlı müxtəlif xəbərlər yayılıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN