Ruhani: “Amerika ilə ikitərəfli müzakirə aparmaq barədə hər hansı bir qərarımız yoxdur”

Ruhani: “Amerika ilə ikitərəfli müzakirə aparmaq barədə hər hansı bir qərarımız yoxdur”

GünazTV: İran prezidenti Həsən Ruhani sentyabrın 3-də ölkə parlamentində çıxış edərək Amerika və Avropa ilə müzakirələrdən, nüvə sazişindən və Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyalardan danışıb.

 

Ruhani deyib ki, rəsmi Tehran Vaşinqtonla hər hansı bir danışıqlar aparmaq niyyətində deyil: “Biz müzakirə deyəndə bəziləri güman edirlər ki, biz Amerika ilə ikitərəfli danışıqları nəzərdə tuturuq. Halbuki belə bir müzakirədən söhbət belə gedə bilməz. Bir daha bildiririk ki, bizim Amerika ilə ikitərəfli müzakirə aparmaq barədə hər hansı bir qərarımız yoxdur, keçmişdə də olmayıb. Hesab edirik ki, əgər Amerika bizə qarşı tətbiq etdiyi bütün sanksiyaları aradan qaldırsa, o zaman o nüvə sazişinə qayıda, keçmişdəki kimi 5+1 qrupu çərçivəsində keçirilən iclaslara qatıla bilər. Lakin bir şərtlə ki, əvvəlcə qoyduğu bütün sanksiyaları ləğv etməlidir.

 

Avropa ölkələri ilə aparılan danışıqlara gəlincə, bu müzakirələr hələlik nəticə verməsə də davam edir. Lakin bu danışıqlar cümə axşamı gününə qədər, yəni sentyabrın 5-ə qədər öz bəhrəsini verməsə, biz nüvə sazişinin icrası ilə bağlı üzərimizə götürdüyümüz öhdəlikləri azaltmaq istiqamətində üçüncü addımı atacağıq” –deyə İran prezidenti Həsən Ruhani bəyan edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN