Ruhani: “Beynəlxalq təhlükəsizlik, Amerikanın daxili məsələlərinin oyuncağına çevrilməməlidir”

Ruhani: “Beynəlxalq təhlükəsizlik, Amerikanın daxili məsələlərinin oyuncağına çevrilməməlidir”

GünAzTV: Sentyabrın 25-də BMT Baş Assambleyasının 83-cü sessiyasında çıxış edən İran prezidenti Həsən Ruhani, Amerikanın nüvə sazişi ilə bağlı irəli sürdüyü siyasətindən, Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyalardan danışıb.

 

İran prezidentinin çıxışı, Trampın çıxışından az sonraya təsadüf edib.

 

Öz çıxışında Vaşinqtonun İranla bağlı siyasətini kəskin tənqid edən Ruhani, Amerikanı beynəlxalq qurumlara laqeydsizlikdə günahlandırıb: “Hesab edirik ki, beynəlxalq təhlükəsizlik, Amerikanın daxili məsələlərinin oyuncağına çevrilməməlidir. Bunu bilmək lazımdır ki, BMT Təşkilatı Amerikanın hökumət qurumlarından biri sayılmır.

 

Bu gün Amerikanın ölkəmizə qarşı tətbiq etdiyi qanunsuz və birtərəfli sanksiyalar, demək olar ki, inkişafın qarşısını alan bir növ iqtisadi terrorizm sayılır. Amerikanın yeni sanksiyalar adı ilə ölkəmizə qarşı başlatdığı iqtisadi savaş, Təkcə İran millətini hədəfə almayıb, bu, həm də region ölkələrinin əhalisinə böyük ziyanlar vurub və beynəlxalq ticarət prosesinə xələl gətirib.

 

Açıq şəkildə bildirirəm ki, Amerikanın İranla bağlı yürütdüyü siyasəti əvvəldən səhv idi və sözsüz ki, məğlubiyyətə uğrayacaq. Amerika elə təsəvvür edir ki, o, güclü olduğu üçün haqlı sayılmalıdır. Bu isə düzgün yanaşma deyil.

 

Müzakirə məsələsinə gəlincə, hesab edirəm ki, danışıqlar aparmaq üçün ikilikdə şəkil çəkdirməyə ehtiyac yoxdur. Mən müzakirəni elə burdan başlayıram. Güman edirəm ki, burada bir-birimizin sözünü eşidə bilərik. Biz, Amerikanı BMT Təhlükəsizlik Şurasının nüvə sazişini təsdiq edən 2231 saylı qətnaməsinə riayət etməyə çağırırıq. Üzümü Amerikaya tutub deyirəm ki, danışıqlar aparmaq istəyirsinizsə, özünüz pozduğunuz danışıqlar masasının arxasına qayıdın”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN