Ruhani: “Biz heç kəsi dindar olmağa və namaz qılmağa məcbur edə bilmərik”

Ruhani: “Biz heç kəsi dindar olmağa və namaz qılmağa məcbur edə bilmərik”

GünAzTV: İran prezidenti Həsən Ruhani avqustun 29-da dövlət televiziyasının 1-ci kanalına müsahibəsində ölkənin üz-üzə qaldığı müxtəlif problemlərdən danışaraq, onun hökumətini məktəblərdə dinsizliyin təbliğ olunmasına laqeyd yanaşmaqda günahlandırn cərəyanlardan danışıb.

 

Ruhani bildirib ki, ölkədə keçirilən son prezident seçkiləri zamanı bəzi cərəyanlar, müəllimləri məktəblərdə dinsizliyi təbliğ etməkdə, hökuməti isə buna göz yumaraq ona laqeyd yanaşmaqda günahlandırıblar: “Bəziləri o vaxt müəllimlərə belə bir böhtan atdılar. Mən isə həmin vaxt bildirdim ki, bu iftira atanların cavabını verəcəyəm. Bizim müəllimlər cəmiyyətin elit zümrəsindəndir. Onların hamısının da dini təəssübkeşliyi var. Onlar siniflərdə şagirdlərə dərs keçərkən, həm öz əməlləri, həm də öz rəftar, bəyan və danışıq tərzləri ilə dini və islamı təbliğ edir, yayırlar.

 

Bütün bunlara baxmayaraq inanıram ki, cənnət və cəhənnəmin yolunu seçmək səlahiyyəti və ixtiyarı insanların özünə aiddir. Belə ki, onların bu iki yoldan birini seçməyə haqqı, ixtiyarı və səlahiyyəti var. Unutmayaq ki, heç kəsi zor gücünə dinə doğru hidayət etmək olmaz. Biz sadəcə olaraq insanları bu istiqamətdə hərəkət etməyə təşviq etməli, Allahın risalətini onlara çatdırmalıyıq. Biz yalnız bu ilahi risaləti onlara çatdıra, insanları bunu qəbul etməyə təşviq edə, onları pis əməllərdən çəkindirə bilərik.  

 

Lakin bizim kimsənin əl-ayağını bağlayıb ona “Namaz qılmalısan” deməyimiz düzgün deyil. Daha doğrusu, biz heç kəsi dindar olmağa və namaz qılmağa məcbur edə bilmərik Çünki qılınan belə bir namaz, artıq namaz sayılmır. Halbuki namazda məqsəd, Allaha yaxınlaşmaqdır. Biz sadəcə olaraq cəmiyyəti hidayət edə bilərik. Zəlalət, (yoldan azma, rəzalət) və hidayət yollarından birini seçmək isə insanların öz işidir”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN