Ruhani: “Bu gün Amerika ilə İran arasında baş verənlər maksimum güc sınamaqdır”

Ruhani: “Bu gün Amerika ilə İran arasında baş verənlər maksimum güc sınamaqdır”

GünAz TV: İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin toplantısında çıxış edərkən bildirib ki, “Bu gün Amerika ilə İran arasında baş verənlər maksimum güc sınamaqdır”.

 

Onun sözlərinə görə, “yəni Amerika maksimum gücündən İran xalqına qarşı istifadə edir, İran xalqı isə buna qarşılıq olaraq maksimum iradə, ümid və etimad nümayiş etdirir”.

 

Qeyd etmək lazımdır ki, 2018-ci ilin may ayında ABŞ-ın rəsmi Tehrana qarşı yenidən sanksiyalar qəbul edərək, nüvə razılaşmasından çıxmasından sonra İran iqtisadiyyatı ağır vəziyyətə düşüb. Amerika dəfələrlə bu sanksiyaların İran xalqına qarşı deyil, rejiminə qarşı olduğunu bəyan edib. Rəsmi Vaşinqton bildirir ki, bu sanksiyalar İran rejiminin terrorizmə dəstəyini kəsərək, normal ölkəyə çevrilməsi üçün qəbul edilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN