Ruhani: “Əgər bir şəxslə görüşmək ölkənin rifahına səbəb olacaqsa, buna hazıram”

Ruhani: “Əgər bir şəxslə görüşmək ölkənin rifahına səbəb olacaqsa, buna hazıram”

GünAz TV: İran prezidenti Həsən Ruhani bu gün etdiyi çıxışda bildirib ki, “əgər bir şəxslə görüşmək ölkənin rifahına səbəb olacaqsa, buna hazıram”.

 

Saksiyaların ölkədə ağır vəziyyət yaratdığını dilə gətirən Ruhani bildirib ki, millətə təzyiq göstərməklə, ölkəni idarə etmək olmaz.

 

“Əgər bilsəm ki, bir toplantıya getsəm, orda bir nəfərlə görüşsəm, nəticəsi ölkənin inkişafı və xalqın problemlərinin həlli olacaq, mən bunu etməyə hazıram”-deyə İran prezidenti əlavə edib.

 

Həsən Ruhani detallara daha ətraflı toxunmasa da, onun Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla görüşü nəzərdə tutduğu aydındır.

 

Tramp dəfələrlə rəsmi Tehranı daha əhatəli razılaşma əldə etmək üçün müzakirələr aparmağa çağırıb. Hətta təqribən 10 gün bundan öncə o bildirmişdi ki, İran tərəfi müzakirə aparmaq istəyir, lakin bunu necə başladacağını bilmir.

 

Zərifin G-7 toplantısına qatılmasına da münasibət bildirən Ruhani bütün fürsətlərdən istifadə etdiklərini, hətta uğur əldə etmək istiqamətində 10-20% ehtimal olduqda belə, bunu dəyərləndirdiklərini deyib.

 

Ruhaninin dediklərinin əksinə olaraq, “dini lider” Əli Xamneyi Amerika ilə müzakirə aparmağı “qadağan” edib.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində Fransa iki tərəf arasında yaşanan gərginlikləri azaltmaq üçün vasitəçilik missiası həyata keçirməyə çalışır. Bundan öncə Yaponiya, İraq və Oman da rəsmi Vaşinqtonla Tehran arasında vasitəçilik etməyə hazır olduqlarını bəyan etmişdilər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN